Вторник, 07.05.2024, 14:15
9D.ucoz.com
Главная | Регистрация | Вход Приветствую Вас Гость | RSS
Меню сайта
Мини-чат
Наш опрос
Bu komandalardan hansini destekleyirsiniz ve hansi gucludur?
Всего ответов: 427
Главная » 2008 » Май » 9 » Ermenistanın Azərbaycana tecavüzü
Ermenistanın Azərbaycana tecavüzü
14:21

Ermənistanın  Azərbaycana  təcavüzü

 

1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək niyyəti ilə başladığı işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Şuşa şəhərinin də yerləşdiyi Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.

İşğalçılıq müharibəsinin gedişində erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı dəhşətli soyqırımı cinayətləri törətmişlər. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir. Təkcə Qaradağlı kəndində 80 nəfərdən çox dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülmüş, onlarca adam girov götürülmüş, kənd isə yandırılaraq yer üzündən silinmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri və Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri komanda heyətinin əsas hissəsi milliyyətcə erməni olan keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək bəşər tarixində ən böyük müsibətlərdən biri olan müdhiş soyqırımı aktı törətmişlər. Heç bir hərbi zərurət olmadan Xocalı şəhəri tamamilə yandırılmış və məhv edilmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst edilmiş, 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Bir çox ailələr bütünlüklə məhv edilmişdir. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Erməni hərbçiləri vəhşicəsinə öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.

Erməni millətçiləri qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı və dövlət terrorizmi siyasətini pərdələmək üçün hər vasitədən istifadə edərək, guya 1915-ci ildə soyqırımına məruz qaldıqları, “incidilmiş, məzlum və cəfakeş xalq” olduqları barədə uydurmaların beynəlxalq miqyasda qəbul olunmasına cəhd göstərirlər. Təəssüf ki, Xocalı faciəsi kimi real soyqırımına göz yuman ayrı-ayrı dövlətlərin parlamentləri və hökumətləri, bəzən də beynəlxalq təşkilatlar bir sıra hallarda yalançı erməni təbliğatının təsiri altına düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirmiş, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul etmişlər. 

Tarixdə heç bir “erməni soyqırımının” baş vermədiyini elmi həqiqətə sadiq qalan tədqiqatçılar, o cümlədən Qərb alimlərinin özləri çoxdan sübuta yetirmişlər. “Erməni soyqırımı” haqqında uydurmalar xəstə təxəyyülün məhsulu olub saxta sənədlərə əsaslanır. Bu yaxınlarda Türkiyədə Osmanlı dövrünə aid arxivlərin açılması, tədqiqatçıların, o cümlədən erməni alimlərinin XX əsrin əvvəlləri ilə bağlı tarixi sənədlərlə tanış olmağa dəvət edilməsi, lakin erməni alimlərinin sağlam elmi polemikadan imtina etməsi də “erməni soyqırımı” əfsanəsini dünyaya yayanların iç üzünü açıb göstərir.

Əslində isə XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri “böyük Ermənistan” yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək, 2 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. 1905-1907-ci illərdə, habelə  1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə və Zəngəzurda (müasir Ermənistan Respublikası ərazisində), Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində dinc azərbaycanlı əhali soyqırımına məruz qalmışdır. 1918-ci ilin mart soyqırımı zamanı  Azərbaycanın paytaxtı Bakı şəhərində 30 mindən çox dinc əhali qətlə yetirilmişdir. Beləcə, milyonlarla günahsız insan erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuşdur. Hazırda bizim ölkəmizdə 31 mart günü azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
Просмотров: 1558 | Добавил: KaMRaN_FB | Рейтинг: 5.0/1 |
Всего комментариев: 1
1 CaViDaN  
0
Ermenistanin soysuz koksuz gondarma dovletdir.Hec men onu dovlet saymiram Yer planetine dusmus bir virus sayiram.Ve butun azeri turklerini deyiremki ermeniler loxdular

Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Май 2008  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Copyright MyCorp © 2024